bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Komitə sədrindən məktəblilərin intiharları ilə bağlı AÇIQLAMA

10-05-2022, 13:51 39 dəfə baxılıb

Komitə sədrindən məktəblilərin intiharları ilə bağlı AÇIQLAMA





"Bu məsələlər istər sosial mediada, istərsə də ənənəvi jurnalistikada mütəmadi müzakirə ediləcək. Bu, hər cür fikir bildiriləcək məsələ deyil”.

bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərin məktəblilər arasında intihar halları ilə bağlı suallarını cavablayarkən deyib.


O bildirib ki, belə məsələlər adətən peşəkarlıq tələb edir:

"Bu məsələnin müzakirəsində, yanaşmasında peşəkarlıq önəmlidir. Əlbəttə ki, bu cür hadisələr bizim hər birimizi narahat edir. Ailələrimizdə olan durum, uşaqların və yeniyetmələrin vəziyyəti, rastlaşdıqları problemlər bizim qarşımıza çıxır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, insanlar, o cümlədən ailələr bu məsələni daim diqqətdə saxlayaq”.

"Yeniyetməlik dövrünü hamımız yaşamışıq və bu dövr çox ehtiyatlı davranmağı tələb edir. Ona görə də bu mövzuya və onun müzakirəsinə də həddən artıq həssaslıqla yanaşmaq lazımdır. Müvafiq qurumlar hər zaman əlaqəli şəkildə işləyirlər. Nəzərə almaq lazımdır ki, bu, insanın fərdi-psixoloji durumuna bağlı olan məsələdir. Bəzi hallarda düşüncələr bir, nəticələr isə başqa ola bilir. Ona görə də ehtiyatlı davranmaq, öz vəzifəsinə ciddi yanaşaraq bu halların qarşısının alınması üçün hər kəs öz öhdəliyini layiqincə yerinə yetirməlidir”, - deyə komitə sədri qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930