Bakıda piyadanı avtomobil vurub
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə metronun "Xalqlar Dostluğu” stansiyası yaxınlığında baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Vəliyev Vasif Mətləb oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.