bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda bəzi məhsullar gömrük rüsumundan azad edilib

13-05-2022, 09:00 71 dəfə baxılıb

Azərbaycanda bəzi məhsullar gömrük rüsumundan azad edilib
Balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar 5 faiz idxal gömrük rüsumundan azad olunub.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.

İndiyə qədər salatlıq və ya yarpaqlı çuğundurun toxumları (Beta vulgaris var. conditiva) idxal gömrük rüsumundan azad olub. Qərara əsasən, digər salatlıq və ya yarpaqlı çuğundurun toxumları da 5 faiz idxal gömrük rüsumundan azad edilib.

Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930