Azərbaycan neftinin qiyməti 117 dolları keçdi
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
"Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,27 ABŞ dolları, yaxud 2,87% artaraq 117,25 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 ABŞ dollarına satılıb.