Azərbaycan neftinin qiyməti artıb
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,47% artaraq 123,87 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.