bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ekspert: “İlin sonuna qədər dollar avronu üstələyə bilər”

18-05-2022, 20:57 197 dəfə baxılıb

Ekspert: “İlin sonuna qədər dollar avronu üstələyə bilər”




"Qərbin Rusiya iqtisadiyyatına tətbiq etdiyi sanksiyalar Avropa iqtisadiyyatına da artıq mənfi təsir göstərir. Buna görə də bütün dünyada, o cümlədən də Azərbaycanda avro ucuzlaşmaqdadır. Əslində, Azərbaycan manatı dollara bağlıdır. Avro dollara nisbətdə ucuzlaşırsa, deməli, Azərbaycan manatına görə də ucuzlaşmaqda davam edəcək”.

Maliyyə üzrə ekspert Əkrəm Həsənov Bizim.Media-ya danışarkən belə deyib.

Ekspert qeyd edib ki, əslində avronun indi dəyər itirməsi birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Müharibə uzandıqca avro tənəzzül edəcək.

Ə.Həsənov iddia edir ki, əgər Rusiya-Ukrayna müharibəsi bu ilin sonuna kimi davam edərsə, dollar avrodan baha ola bilər:

"ABŞ daha sabit bir ölkə olduğu üçün valyutası da daha stabildir. Avropa iqtisadiyyatı isə bir neçə dövlətin qərarından asılıdır. Ona görə də dəyişikliklərə və itkilərə daha həssasdır. Fikrimcə, Ukraynadakı müharibə ilin sonuna qədər uzanarsa, avronun dəyəri dollardan aşağı düşəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031