bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İnternet kəsintisi dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurub

10-01-2020, 13:45 178 dəfə baxılıb

İnternet kəsintisi dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurub
Ötən il müxtəlif ölkə hökumətləri tərəfindən internetin qəsdən kəsilməsi səbəbindən dünya iqtisadiyyatı 8,05 mlrd. ABŞ dolları dəyərində itki ilə üzləşib.
"Top10VPN" şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, il ərzində internet kəsintisi 21 ölkədə qeydə alınıb. Kəsintilərin sayı 122, ümumi müddəti isə 18 min saatdan çox təşkil edib.

2016-cı illə müqayisədə ötən il qlobal iqtisadiyyat üçün internet kəsintisi nəticəsində dəyən zərər 235% artıb ki, bu da rekord göstərici kimi qeydə alınıb.

Ölkələr arasında kəsintinin dəyərinə görə lider İraq olub. Bu ölkənin iqtisadiyyatına dəyən zərər 2,3 mlrd. dollar təşkil edib. Sudanda bu rəqəm 1,9 mlrd. dollara, Hindistanda – 1,3 mlrd. dollara, Venesuelada – 1,1 mlrd. dollara, İranda isə 0,6 mlrd. dollara bərabər olub. Əksər hallarda internetin kəsilməsi etiraz və iğtişaşlara cavab olaraq baş verib.

Dünya iqtisadiyyatına, insan haqlarına və demokratik proseslərə mənfi təsir göstərməsinə baxmayaraq, bu il ərzində də internet kəsintilərinin davam edəcəyi gözlənilir. Qlobal iqtisadiyyat üçün itkilərin də artacağı ehtimal olunur.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930