Ərdoğan: “Bu gün Ukraynada adına mahnılar bəstələnən PUA-lar Qarabağda...”
“Bu gün Ukraynadakı uğurlarına görə adına mahnılar bəstələnən hücum PUA-larımız Qarabağ müharibəsində “günahsız insanları qətlə yetirən ölüm maşınları kimi” damğalanırdı”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaelinin Gölcük rayonunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ölkəyə qarşı ikili standartlar həmişə olub. Dövlət başçısı buna misal kimi Ankaranın Liviyadakı və Suriyadakı əməliyyatlarını da xatırladıb.
“Bu gün Türkiyənin NATO-nun təhlükəsizliyinə verdiyi töhfələri tərifləyənlər dünənə qədər Liviya və Suriyada atdığımız addımlara görə ölkəni amansızcasına tənqid ediblər. Türkiyə nə müdafiə ehtiyaclarını ödəməkdə, nə qanuni sərhədyanı əməliyyatlarda, nə də 40 illik terrorla mübarizədə müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi”, - deyə o bildirib.
Mənbə: Haberturk