bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyə və Ukrayna birgə PUA istehsal edəcək

4-02-2022, 08:27 29 dəfə baxılıb

Türkiyə və Ukrayna birgə PUA istehsal edəcək
“Bu gün imzaladığımız müqavilə Bayraktar PUA-larının istehsalını təkmilləşdirəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Eyni zamanda, biz enerji sektorunda qarşılıqlı əlaqələrimizə yeni təkan vermək istəyirik. Koronavirusla əlaqədar görülən tədbirlərə baxmayaraq, bir ildə Ukraynaya 2 milyon türk turist gəlib”, - Zelenski əlavə edib.

“Düz 30 il əvvəl Türkiyə ilə Ukrayna arasında diplomatik əməkdaşlıq qurulub. Bu, tarixi hadisədir. İki ölkə arasında azad ticarət sazişi imzalanıb. İş dünyası üçün yeni qazanc və gəlirlər ölkələrimizin rifah səviyyəsinin yüksəlməsi deməkdir”, - Ukrayna lideri qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031