bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda küçəyə Xarıbülbül adı veriləcək

25-05-2022, 13:51 36 dəfə baxılıb

Bakıda küçəyə Xarıbülbül adı veriləcək

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin simvolu olan xarıbülbül çiçəyinin adı paytaxt küçələrindən birinə veriləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, xarıbülbül adının simvolik olaraq əbədiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yeni formalaşdırılan küçə adları ilə bağlı Komissiyaya təklif irəli sürülüb.

Təklif Bakı meriyasında müsbət qiymətləndirilib.

Hazırda xarıbülbül adının hansı küçəyə verilməsi ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, Bakının adları qəribə olan küçələri, yeni salınan və adsız məhəllələri haqqında araşdırma aparılır. Həmin küçələrin adları dəyişdiriləcək, bundan əlavə, yeni küçələrə adlar veriləcək. Qərara əsasən, bir çox küçələrə şəhidlərin, Milli Qəhrəmanların, görkəmli şəxsiyyətlərin adları veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031