bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Builki “Xarıbülbül” festivalının keçiriləcəyi tarix müəyyənləşdi

4-05-2022, 13:49 76 dəfə baxılıb

Builki “Xarıbülbül” festivalının keçiriləcəyi tarix müəyyənləşdi
“Şuşa ili”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib.

Mədəniyyət Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, festivalın 12-14 may tarixində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır.

Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il mayın 12-i və 13-də Şuşa işğalından azad olunandan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30