Blinken: “ABŞ Azərbaycan və Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir”
"ABŞ Ermənistan-Azərbaycan ikitərəfli sərhəd komissiyalarının ilk görüşünü alqışlayır”.
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken öz "Twitter” səhifəsində yazıb.
"ABŞ Azərbaycan və Ermənistan arasında Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir və regionda sülhün bərqərar olması üçün davamlı müsbət impuls və ikitərəfli dialoqa çağırır”, - deyə E.Blinken qeyd edib.