bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Daha bir Azərbaycan əsilli boksçu Ermənistanda Avropa çempionu olub

31-05-2022, 16:52 34 dəfə baxılıb

Daha bir Azərbaycan əsilli boksçu Ermənistanda Avropa çempionu olub



Daha bir Azərbaycan əsilli boksçu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatının qalibi olub.

Oxu.Az-ın xəbərinə görə, 67 kq çəki dərəcəsində çıxış edən, Serbiyanı təmsil edən, Rusiya azərbaycanlısı olan Vahid Abbasov finalda Gürcüstan boksçusu Laşa Quruliyə qalib gələrək ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Xatırladaq ki, daha əvvəl Gürcüstan azərbaycanlısı Sahil Alaxverdovi (Allahverdiyev) 48 kq çəki dərəcəsində Bolqarıstan təmsilçisi Erqyunal Sebahtinə qalib gələrək ilk dəfə Avropa çempionluğunu əldə etmişdi.

Yarışın nəticəsinə əsasən qonşu Gürcüstan üç qızıl və bir gümüş medalla birinci olub. Serbiya iki qızılla ikinci, İspaniya bir qızıl, üç gümüş və bir bürünc medalla üçüncü yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031