Aİ Ukraynaya doqquz milyard avro makromaliyyə dəstəyi ayırır
Avropa İttifaqının sammitində təcili büdcə ehtiyaclarını ödəmək üçün Ukraynaya doqquz milyard avro məbləğində təcili kredit ayrılması qərara alınıb.
Bunu mayın 31-nə keçən gecə keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.
"Ukraynanın təcili maliyyə dəstəyinə ehtiyacı var. Bildiyiniz kimi, Ukraynanın maaş, pensiya və s. kimi əsas ödənişlərin qarşılanması üçün aylıq olaraq təxminən beş milyard avroya ehtiyacı var”, - deyə Avropa Şurasının iclasından sonra Ursula fon der Leyen xatırladıb.
Bu maddi boşluğu aradan qaldırmaq üçün Aİ tezliklə Ukraynaya misli görünməmiş böyük makromaliyyə yardımı paketi təqdim edəcək.
"Biz doqquz milyard həcmində təcili makromaliyyə dəstəyi mexanizmini hazırlayırıq, onun tətbiqi üzərində bir həftə ərzində işləyəcəyik”, - deyə AK prezidenti bildirib.
Siyasi qərarı Avropa İttifaqının Prezidenti Şarl Mişel də təsdiqləyib.
"Avropa Şurası tərəfindən doqquz milyard avro təsdiqlənib”, – deyə o vurğulayıb.
Makromaliyyə dəstəyi uzunmüddətli kreditdir, faiz dərəcələri çox aşağı və sıfıra yaxındır.
Ukrayna Aİ-nin makromaliyyə yardımından dəfələrlə istifadə edib, son 600 milyon avronu əvvəlki təcili vəziyyət paketindən alıb.
Bundan əvvəl G7-nin Ukraynaya 20 milyard dollara yaxın yardım topladığı bildirilirdi.
Mənbə: Yevropeyskaya pravda