bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zelenski: “Ukrayna Rusiyaya Amerika silahları ilə hücum etməyəcək”

2-06-2022, 09:58 33 dəfə baxılıb

Zelenski: “Ukrayna Rusiyaya Amerika silahları ilə hücum etməyəcək”
Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ-ın verdiyi uzaqmənzilli silahlardan istifadə etməyəcək.

Bu barədə Volodimir Zelenski Amerikanın “Newsmax” telekanalına müsahibəsində deyib.


“Mən bilirəm ki, ABŞ-da bəzi insanlar və Ağ Evdəkilər deyir ki, biz bu silahlardan Rusiyaya hücum etmək üçün istifadə edə bilərik. Baxın, biz Rusiyaya hücum etməyi planlaşdırmırıq”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

O əlavə edib ki, Ukrayna “Rusiya Federasiyasında maraqlı deyil” və onun ərazisində müharibə aparmır.

“Müharibə bizim ərazimizdə gedir. Onlar (Rusiya. - Red.) bizim ölkəmizə gəliblər. Biz şəhərlərimizi blokadadan çıxarmaq istəyirik. Bunun üçün bizə 100 kilometrə qədər məsafədən zərbə vura bilən silahlar lazımdır”, - deyə Zelenski əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30