bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zelenski: “Ukraynada baş verənlərə görə Qərb ölkələri də məsuliyyət daşıyır”

8-03-2022, 22:37 37 dəfə baxılıb

Zelenski: “Ukraynada baş verənlərə görə Qərb ölkələri də məsuliyyət daşıyır”
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı ölümlərə görə Rusiyanı ittiham edib, lakin eyni zamanda xatırladıb ki, baş verənlərə görə Qərb ölkələri də məsuliyyət daşıyır.

Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə xalqa növbəti müraciəti zamanı dilə gətirib.

Volodimir Zelenski Qərb ölkələrini Ukrayna səmasını bağlamadıqlarına görə qınayıb.

“Artıq 13-cü gündür bizə deyirlər ki, səmada kömək olacaq, təyyarələr olacaq, onlar bizə təhvil veriləcək”, - Ukrayna Prezidenti söyləyib.

V. Zelenski həmçinin vurğulayıb ki, Ukrayna şəhərlərində yüz minlərlə insan, sözün əsl mənasında, həyat və ölüm arasındadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031