Rumıniyanın keçmiş baş naziri: “Azərbaycan enerji məsələsində Avropa üçün həll yoludur”
“Azərbaycan bu gün enerji məsələsində Avropa üçün həll yoludur”.
Bunu “Report”a Rumıniyanın keçmiş baş naziri Petre Roman bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edərək enerji resurslarının hasilatını və təchizatını artıra bilər.
O, Azərbaycanın neft-qaz gəlirlərindən ölkənin inkişafı üçün necə rasional şəkildə istifadə edə bilməsinə heyran qaldığını deyib:
“Azərbaycanda bu konsepsiyadan mükəmməl şəkildə istifadə olunub. Prezident İlham Əliyev bu konsepsiyanı davam etdirir”.
P.Roman əlavə edib ki, hazırda Azərbaycanın böyük həcmdə neft və qaz hasil etmək üçün investisiyalara ehtiyacı var.