İsrail prezidenti Ərdoğana təşəkkür etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqla telefon danışığı aparıb.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsindən verilən məlumata görə, söhbət zamanı Türkiyə-İsrail əlaqələri və regional məsələlər müzakirə edilib.
Ərdoğan və Hersoq terrorla mübarizə və təhlükəsizlik mövzusunda sülh və sabitlik üçün dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
İsrail prezidenti Hersoq Türkiyənin terrorla mübarizə səylərinə görə prezident Ərdoğana təşəkkür edib.
Mənbə: "Haber Global”