bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“YAŞAT” Fonduna daxil olan vəsaitdən nə qədəri xərclənib?

24-06-2022, 11:00 52 dəfə baxılıb

“YAŞAT” Fonduna daxil olan vəsaitdən nə qədəri xərclənib?

Bu günə qədər "YAŞAT” Fonduna daxil olan vəsaitdən 61 114 757,86 manatdan çoxu xərclənib.

"Report” xəbər verir ki, bunu "YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, ümumilikdə bu günə qədər Fonda 73 781 435,79 manat vəsait daxil olub:

"Xərclənən vəsaitdən savayı 12 milyon manatdan çoxu Fondun balansında qalıb. Xərclənən vəsaitdən 36 892 200 manatı məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə, 546 346,40 manatı təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafına, 6 336 540,51 manatı istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasına, 17 339 670.95 manatı isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə sərf olunub”.

E.Hüseynov bildirib ki, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb: "Reallaşmış ödəniş sayı 21 848-dir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930