Meymunçiçəyindən ölənlərin sayı ARTDI
Son 10 gün ərzində dünyada meymunçiçəyindən 2 yeni ölüm faktı qeydə alınıb.
BizimLider.com-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.
Hesabatda qeyd edilib ki, iyunun 27-də açıqlanan son hesabatdan sonra dünyada 2 614 yeni yoluxma (77 faiz artım) aşkarlanıb.
Bununla da indiyədək meymunçiçəyindən ölənlərin sayı 3 nəfərə çatıb. Hər üç ölüm Afrikada qeydə alınıb.