bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Həkimi şantaj edən baş redaktorla bağlı qərar verildi

8-07-2022, 10:24 44 dəfə baxılıb

Həkimi şantaj edən baş redaktorla bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində həkimi şantaj edən “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun barəsində olan məhkəmə hökmündən verilən apellaysiya şikayətinə baxılıb.

BizimLider.com-un məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Namik Əmrahovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır cinayətlər Məhkəməsinin hökmü ilə Namik Əmrahov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.

Müəyyən edilib ki, Namik Əmrahov Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim edib, onun barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edib, tələb etdiyi məbləğin bir qismini alıb.

İstintaq orqanı tərəfindən Namik Əmrahovun barəsində Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930