bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan cüdoçuları İtaliyada altı medal qazanıb

12-09-2022, 22:08 48 dəfə baxılıb

Azərbaycan cüdoçuları İtaliyada altı medal qazanıb
Cüdo üzrə Azərbaycan milli komandası İtaliyanın Riççione şəhərində keçirilən Açıq Avropa turnirində 6 medal qazanıb.

“Report”un məlumatına görə, yarışa yollanan 13 idmançıdan 1-i qızıl, 3-ü gümüş, 2-si bürünc medala sahib olub.

Yeganə qızıl medalı 100 kq çəki dərəcəsində Zelim Kotsoyev əldə edib. O, finalda Azərbaycanın digər təmsilçisi Məmmədəli Mehdiyevi yenib. Mehdiyev isə gümüş medalla kifayətlənib.

Daha 2 gümüş medalı 60 kq çəkidəki Rövşən Əliyevlə 66 kq-da Orxan Səfərov qazanıb.

Bürünc medallara isə 81 kq-da Səid Mollayi, eləcə də 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri və Camal Qamzatxanov sahib çıxıb.

Azərbaycan medal əyarına görə ümumi hesabda 3-cü, kişilər arasında isə 2-ci yeri tutub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930