bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

KTMT Ermənistan-Azərbaycan sərhədinə sülhməramlılar göndərəcək?

15-09-2022, 18:04 24 dəfə baxılıb

KTMT Ermənistan-Azərbaycan sərhədinə sülhməramlılar göndərəcək?
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə ümid edir. İki ölkə sərhədində qurumun qüvvələrindən istifadə edilməsi nəzərdə tutulmur”.

Bu barədə KTMT Baş Qərargahının rəhbəri Anatoli Sidorov məlumat verib.

Qərargah rəhbəri əlavə edib ki, təşkilat bir qrup rəsmi şəxslə birlikdə sentyabrın 15-də İrəvana gələcək.

Anatoli Sidorov bildirib ki, KTMT-nin baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə gələn həftə gələcək.

“Baş katibin hazırda digər ciddi beynəlxalq tədbirlərdə iştirak etdiyi, xüsusən də Şanxay Əməkdaşlıq Təşkilatı sammitinə dəvət edildiyi nəzərə alınaraq, onun Ermənistan Respublikasına səfəri daha sonra üçün planlaşdırılır”, - deyə Sidorov Moskvada keçirilən brifinqdə qeyd edib.

Onun sözlərinə görə, səfərin yekunlarına əsasən KTMT missiyası təşkilata üzv ölkələrin dövlət başçılarının rəhbərlərinə hesabat təqdim edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30