Rusiyalı general: “KTMT missiyasının Ermənistana göndərilməsi təklifini Vladimir Putin irəli sürüb”
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistana göndərilməsi təklifi Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb”.
Bunu brifinqdə jurnalistlər qarşısında çıxış edən KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
KTMT-nin Qərargah rəisi əlavə edib ki, V.Putinin bu təklifi təşkilata üzv olan bütün dövlətlərin rəhbərləri tərəfindən yekdilliklə dəstəklənib.