Rəisi: “İran Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır”
Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 22-ci Sammitində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşən İran Prezidenti İbrahim Rəisi Qafqazdakı son proseslərdən də danışıb.
Rəisi bildirib ki, İran Qarabağın işğaldan xilas edilməsini dəstəkləyir və bu bölgənin yenidən qurulmasında iştirak etməyə hazırdır.
İran prezidenti onu da qeyd edib ki, beynəlxalq, tarixi və geosiyasi sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir.