Bakıda anasını və qardaşını döyə-döyə öldürən şəxs həbsdə öldü
Bakıda həbsxanada ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.
Orada saxlanılan məhkum Oleq Abışov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Oleq Abışov 2013-cü ildə ailə üzvlərini öldürməkdə təqsirli bilinərək həbs edilmişdi. O, anasını və qardaşını döyə-döyə öldürmüşdü.