Rusiyada ordudan yayınma halları son on ilin ən yüksək həddinə çatıb
Rusiyada 2022-ci ilin yazındakı çağırış kampaniyasından sonra ordudan yayınma ilə bağlı cinayət işlərinin sayı son on ilin ən yüksək həddinə çatıb.
Bu barədə oktyabrın 2-də Moskva Şəhər Məhkəməsindən məlumat verilib.
Məlumata görə, mayın 1-dən sentyabrın 20-dək olan müddətdə məhkəmələrə hərbi xidmətdən yayınma maddəsi ilə 410 cinayət işi daxil olub.
Bundan əvvəl analoji cinayət işləri üzrə rekord 2021-ci ildə müəyyən edilib. O zaman 385 belə iş məhkəmələrə daxil olub.