Kamran Əliyev: “Ermənilər Azərbaycan xalqına qarşı müxtəlif formalarda cinayətlər həyata keçiriblər”
“Ermənistan ərazi iddialarına son qoymurlar”.
Oxu.Az xəbər verir ki, bunu “Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair” Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqi zamanı Baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycana qarşı ərazi iddiaları müxtəlif formalarda həyata keçirilib:
“34 ildir bu iddialar müşahidə olunur. Ermənilər Azərbaycan xalqına qarşı müxtəlif formalarda cinayətlər həyata keçiriblər. Müstəqillikdən sonra ekoloji, iqtisadi xarakterli cinayətlər törədilib”.
K.Əliyev sonda 34 il ərzində bütün cinayətlərin Azərbaycan ərazisində baş verdiyini xüsusi vurğulayıb.