Baş prokuror hərbçilərlə bağlı yayılan görüntülərdən danışdı: “Videoda saxta elementlər var”
“Hərbçilərlə bağlı yayılan videolar bizi çox narahat etdi”.
Oxu.Az xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqi zamanı baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan hərbçilərinin olduğu iddia edilən şəxslərin qarşı tərəfə münasibətdə hərəkətləri birtərəfli mövqe yaradıb:
“Videoda saxta elementlər var. Araşdırma aparılmalıdır. Məlum görüntülər var. Ermənistan ərazisində müharibə getməyib, cinayətlər ermənilərə qarşı törədilməyib. Və əraziləri də dağıdılmayıb. Kimlər tərəfindən çəkildiyi aydınlaşdırılmalıdır”.
Nəzrin Vahid