Baş Prokurorluq mülki şəxslərin minaya düşməsi barədə məlumat yayıb
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Araşdırma zamanı daha bir şəxsin - 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.
Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.
Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.