bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Çingiz Əsgərov: “Əminəm ki, Avropa Məhkəməsi Ermənistanın təzminat ödəməsi barədə qərar qəbul edəcək”

10-10-2022, 11:49 40 dəfə baxılıb

Çingiz Əsgərov: “Əminəm ki, Avropa Məhkəməsi Ermənistanın təzminat ödəməsi barədə qərar qəbul edəcək”



Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib.

Bunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təşkil edilən “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda çıxışında bildirib.

Çingiz Əsgərov deyib ki, Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə müdafiə edir: “Biz artıq 2003-cü ildən bu işlə məşğul oluruq. Avropa Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” şikayəti daxil olduqdan sonra Azərbaycan dövləti bu işlə daha yaxından məşğul olmağa başlayıb. 2015-ci ildə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə qərarında artıq müharibə cinayətlərini əks etdirən Haaqa Konvensiyasına və Nizamnaməsinə istinad olunub. Həmin mətndə tarixdə ilk dəfə olaraq beynəlxalq məhkəmənin qərarında Ermənistan dövləti tərəfindən Azərbaycan Respublikasının ərazisinin bir qismini işğal altında saxlaması faktı əks etdirilib”.

Çingiz Əsgərov nəzərə çatdırıb ki, 2020-ci ilin oktyabr ayında Azərbaycan dövləti Avropa Məhkəməsinə dövlətlərarası şikayətlə müraciət edib: “2021-ci ilin yanvar ayında Azərbaycan böyük bir dövlətlərarası şikayəti təqdim edib. Həmin şikayətdə əlbəttə ki, Ermənistanın törətdiyi müharibə cinayətlərini təşkil edən əməllər təfərrüatlı olaraq əks etdirilib. Əminəm ki, biz bu sahədə də qələbə qazanacağıq. Əminəm ki, Avropa Məhkəməsi ədalətli qərar qəbul edəcək, Ermənistanın təzminat ödəməsi barədə qərar qəbul edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930