bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zahid Oruc Ermənistanın təzminatı torpaq formasında ödəməsini təklif edib

10-10-2022, 11:50 24 dəfə baxılıb

Zahid Oruc Ermənistanın təzminatı torpaq formasında ödəməsini təklif edib



“Oktyabrın 2-də erməni əsgərlərin təsdiqlənməyən qətli görüntüsü ətrafında yaradılan ajiotaj qələbəmizə zərbə vurmaq məqsədi daşıyır”.

Bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda STM Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, Azərbaycan İkinci Qarabağ Müharibəsini beynəlxalq hüquqa tam uyğun, ədalətli müharibə aparıb: “44 günlük müharibə əsl Nürnberq Məhkəməsi oldu. Zəfərimizdən sonra dünya gördü ki, azad edilmiş torpaqlarda 1 milyondan çox mina basdırılıb. Bunun özü də terrordur. Onu da xüsusi qeyd etmək lazımdır ki, indiyə qədər bir Xocalı qatili də beynəlxalq məhkəmələrdə mühakimə olunmayıb. Onların son 30 ildəki qəhrəmanların əksəriyyəti xalqımıza qarşı cinayət törədənlərdir. Haaqa Tribunalı gərək bu erməni cinayətkarları mühakimə edə idi”.

STM Mərkəzi İdarə Heyətinin sədri qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın hərbi cinayətlərinin araşdırılması üçün komissiya yaradılmalıdır: “Təkcə ABŞ-ın Ukraynaya hərbi yardımının miqdarı 26 milyard dollar təşkil edir, Ukraynanın bərpası üçün 500 milyard dollar vəd olunur. Bunu təqdir edirik. Ancaq azad edilmiş ərazilərə qayıdışla bağlı belə dəstəyi görmürük. Ermənistanın təzminat ödəməyə imkanı yoxdursa, torpaq və digər formalarda bu təzminat ödənilə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930