bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Haber Global: “Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın dirçəliş dastanıdır”

20-10-2022, 15:00 35 dəfə baxılıb

Haber Global: “Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın dirçəliş dastanıdır”


“İşğaldan azad edilən torpaqlarda bir ildə iki hava limanı açmaq hər ölkənin bacara biləcəyi iş deyil”.

Türkiyənin Haber Global telekanalının məlumatına görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bəyan edib.

“Azərbaycan torpaqları sanki küllərindən təmizlənərək ayağa qalxır. Açılışını etdiyimiz Zəngilan Beynəlxalq hava limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra Qarabağın dirçəliş dastanının yazılmasının bariz nümanəsidir”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti ermənilərin burada törətdiyi vəhşiliklərdən Qərbin çox yaxşı xəbərdar olmasını da diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu layihələrlə bölgə yenidən ayağa qalxır, yeni Azərbaycan inşa edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30