bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyənin müdafiə naziri: “Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək”

21-10-2022, 12:00 34 dəfə baxılıb

Türkiyənin müdafiə naziri: “Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək”




“Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək”.

Bu sözləri “Report”a Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Əsas məsələ Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin minimum ehtiyaclarını təmin etməsidir. Bunların bir qisminin Azərbaycanda istehsalı, digər bir qisminin isə Azərbaycana gətirilməsi, tədarükü müzakirə mövzusudur”, - deyə H.Akar bildirib.

H.Akar deyib ki, bu mövzuda işlərimiz çox uğurlu şəkildə davam edir:

“Yaxın günlərdə irəli addımlar atılacaq. Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək. Azərbaycan daha təhlükəsiz olacaq”.

Onun sözlərinə görə, əsas məsələ Azərbaycanın müdafiəsidir:

“Ordu müdafiənin arzu edilən səviyyədə olması deməkdir. Ordunun təminatı üçün bir tərəfdən logistika, digər tərəfdən hərbçilər var. Bu baxımdan quru və hava silahları, dənizdə istifadə edilən silahlar var. Biz bu məsələ üzərində intensiv işləyirik, əməkdaşlıq edirik, tərəfdaşlığımız davam edir. Əlimizdən nə gəlirsə, başqa məsələlərdə olduğu kimi bu mövzuda da azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləməyə davam edirik. Bütün bunların hamısını uğurlu şəkildə reallaşdırsaq, birlikdə işlərimiz olacaq. Təbii ki, zamana bağlı mövzular var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930