bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan güləşçisi dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib

22-10-2022, 12:00 28 dəfə baxılıb

Azərbaycan güləşçisi dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib
Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

"Report”un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hrayr Alixanyanı məğlubiyyətə uğradıb.

Qadjiyev finala gedən yolda Vasile Diakonla (Moldova) güləşəcək.

125 kq-dakı Vaxit Qalayev eyni raundda Alişer Yergaliyə (Qazaxıstan) uduzub. 61 kq-da yarışan İntiqam Vəlizadə 1/8 finalda Elkin Santaya (Kolumbiya) yenilib.

Bu gün həmçinin 70 kq-dakı Kənan Heybətov bürünc medal uğrunda Orozobek Toktomambetovla (Qırğızıstan), 97 kq-dakı İslam İlyasov Andro Marqişvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031