bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qaribaşvili: “Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır”

24-10-2022, 10:00 36 dəfə baxılıb

Qaribaşvili: “Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır”



“Azərbaycan isə Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

İ.Qaribaşvili qeyd edib ki, Gürcüstan Azərbaycan üçün ən vacib və dost ölkələrindən biridir.

O bəyan edib ki, tərəflər artıq həyata keçirilən və tarixi adlandırıla biləcək strateji layihələri müzakirə ediblər:

“Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələri var”.

“Biz həm cari, həm də planlaşdırılan layihələrin həyata keçirilməsi üçün əlaqələri maksimum dərəcədə intensivləşdirməyə tam hazır olduğumuzu bir daha təsdiqləyirik”, - Qaribaşvili bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30