bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gürcüstan Baş naziri Ararat Mirzoyanla görüşüb

16-07-2022, 13:02 53 dəfə baxılıb

Gürcüstan Baş naziri Ararat Mirzoyanla görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

Gürcüstan Baş nazirinin mətbuat xidmətindən BizimLider.com-a verilən məlumata görə, söhbət zamanı əsas müzakirə olunan məsələ Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tbilisi görüşü olub.

İrakli Qaribaşvili vurğulayıb ki, gələcəkdə dialoqun müsbət dinamikasını inkişaf etdirmək vacibdir.
Görüşdə Gürcüstanın dinc qonşuluq təşəbbüsü müzakirə edilib və onun regional münasibətlərin normallaşmasına yardımda rolu vurğulanıb.
Həmçinin, Gürcüstan və Ermənistan arasında mövcud və gələcək əməkdaşlıq perspektivlərinə, o cümlədən iqtisadi və ikitərəfli ticarət əlaqələrinə diqqət yetirilib.
Tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirəediblər.
Hökumət başçısı Ararat Mirzoyana Ermənistanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür edib.
İclasda Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan və Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031