bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan lideri: “Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır”

24-10-2022, 10:00 53 dəfə baxılıb

Azərbaycan lideri: “Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır”


“Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdən sonra mətbuata verdiyi birgə bəyanatda deyib.

“Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Bütövlükdə hazırda dünyada və Avropada enerji resurslarına böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir. Yenə də demək istəyirəm ki, bütün bu uğurların təməlində bizim dostluğumuz durur: Xalqlarımızın dostluğu, liderlərin dostluğu və birgə fəaliyyət”, - dövlət başçısı bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930