Ərdoğan Füzuli və Zəngilan aeroportlarının əhəmiyyətindən danışıb
İşğaldan azad edilmiş ərazilərdə rekord müddətə inşa edilən Füzuli və Zəngilan aeroportları bölgənin inkişafı baxımından son dərəcə əhəmiyyətlidir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılması kənd təsərrüfatına böyük sərmayə qoyulduğunu göstərir.
Ərdoğan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə prosesinin sürətlənməsinə dair qərar verildiyini də vurğulayıb.
Bundan əlavə, Türkiyə Prezidenti Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münsabətlərində yeni dövrün başladığını da diqqətə çatdırıb.