bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Britaniya kəşfiyyatı: “Rusiya qoşunları Ukrayna cəbhəsinin əksər hissələrində müdafiəyə keçir”

28-10-2022, 12:00 29 dəfə baxılıb

Britaniya kəşfiyyatı: “Rusiya qoşunları Ukrayna cəbhəsinin əksər hissələrində müdafiəyə keçir”
“Rusiya qüvvələri Ukraynada cəbhə xəttinin əksər hissələrində müdafiəyə keçir. Buna səbəb kadr çatışmazlığı və zəif hazırlıq səviyyəsidir”.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

Xerson bölgəsində baş verən hadisələri təsvir edən Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiya Dneprdən qərbə doğru öz bölmələrinin bir hissəsini səfərbər edilmiş ehtiyatda olan əsgərlərlə gücləndirib. Lakin bu, şəxsi heyətin sayının son dərəcə aşağı səviyyədə olması ilə bağlı olub.

İcmalda deyilir ki, xüsusilə 2022-ci ilin sentyabrında rusiyalı zabitlər Xerson istiqamətindəki rotaları hər biri altı-səkkiz nəfərdən ibarət olmaqla təşkil edirdilər. Halbuki rotalar 100-ə yaxın şəxsi heyətdən ibarət olmalıdır.

“Son altı həftə ərzində Ukraynada cəbhə xəttinin əksər hissələrində Rusiya quru qoşunlarının uzunmüddətli müdafiə mövqeyinə açıq-aydın keçidi müşahidə olunur. Bu, çox güman ki, son dərəcə az tərkibdə olan heyətin zəif hazırlıq səviyyəsi ilə bağlıdır və bu qüvvələr Ukraynada hələlik yalnız müdafiə əməliyyatları aparmaq iqtidarındadır”, - deyə Britaniya kəşfiyyatı qeyd edib.

Britaniya Müdafiə Nazirliyinin mütəxəssislərinin fikrincə, Rusiya Ukraynada uzunmüddətli müdafiə xətlərini möhkəmləndirsə belə, onun əməliyyat planı zəif olaraq qalacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930