Ukraynada Rusiya ordusunun 100-dən çox təyyarəsi məhv edilib
Ukraynada əməliyyatlar başlayandan bəri Rusiya ordusunun 105 təyyarəsi məhv edilib.
Bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç operativ məlumatlarla bağlı brifinqdə deyib.
“Gün ərzində düşmənin altı təyyarəsi, bir helikopteri, beş pilotsuz uçuş aparatı və beş qanadlı raketi vurulub. Hazırda düşmənin 105 təyyarəsi məhv edilmiş sayılır. Bu, beşdən çox aviasiya alayı və ya ayrıca hava ordusudur”, - deyə Aretoviç vurğulayıb.
Onun sözlərinə görə Rusiya ordusu Ukraynanın dinc şəhərlərinin üzərindən uçmaq, onları bombalamaq qərarına gəlib, lakin bu onlar üçün məğlubiyyətlə başa çatıb.
Mənbə: UNİAN