Ermənistan Rusiyanın təklif etdiyi prinsiplər üzrə Azərbaycanla əlaqələrin qurulmasına razılaşıb
Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Twitter“ hesabında bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır.
“Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”, - Ermənistan Baş naziri əlavə edib.
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.