bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Matviyenko: “Moskva İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanmasına yardım göstərməyə davam edəcək”

28-10-2022, 12:00 27 dəfə baxılıb

Matviyenko: “Moskva İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanmasına yardım göstərməyə davam edəcək”
“Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yardım göstərməyə davam edəcək”.

Bunu Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

“Rusiya vasitəçi qismində çıxış edib və iki dövlətin sülh müqaviləsi imzalamasına tərəfdardır, buna nail olmaq üçün də yardımlarını davam etdirəcək”, - deyə Matviyenko MDB Parlamentlərarası Assambleyasının sessiyası çərçivəsində deyib.

“Rusiya, prezidentimiz mövcud fikir ayrılıqlarının və problemlərin sülh yolu ilə həlli üçün hər cür səy göstərir. Dünən “Valday” klubunda çıxış edərkən o, bir daha vurğulayıb ki, Rusiya regionda sülhə kömək edəcək istənilən qərarı dəstəkləyəcək. Ermənistan və Azərbaycan son nəticədə sərhədin delimitasiyası, demarkasiyası və digər problemli məsələlərdə həll yollarını tapmalıdırlar”, - deyə Matviyenko vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031