bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistan TŞ: “Azərbaycandan keçən kommunikasiyalardan istifadədə maraqlıyıq”

4-11-2022, 14:17 16 dəfə baxılıb

Ermənistan TŞ: “Azərbaycandan keçən kommunikasiyalardan istifadədə maraqlıyıq”
“Ermənistan Azərbaycandan keçən rabitə və kommunikasiya vasitələrindən, məsələn, malların daşınması məqsədilə istifadə etməkdə maraqlıdır”.

Ermənistan mətbuatında yayılan xəbərlərə görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 10-cu iclasındakı çıxışında deyib.

Qriqoryan qeyd edib ki, İrəvan regionda kommunikasiyaların açılması məsələsinin real həllində maraqlıdır, eləcə də Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətini dəstəkləyir.

“Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün səylər göstərir. Bu prosesdə MDB və BMT-nin fundamental sənədlərinə, eləcə də dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə mühüm rol verilir”, - Qriqoryan əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031