bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin məhkəməsi başlayır

5-11-2022, 10:18 37 dəfə baxılıb

“Tərtər işi” ilə bağlı təqsirləndirilən 11 nəfərin məhkəməsi başlayır
“Tərtər işi” ilə bağlı ittiham olunaraq təqsirləndirilən 11 nəfərin işi yenidən araşdırılmağa başlayır.

APA-nın əldə etdiyi xəbərə görə, iş üzrə hazırlıq iclası bu günə təyin olunub.

Gəncə Hərbi Məhkəməsində keçiriləcək bugünkü iclasda ilkin dinləmələrin keçiriləcəyi, işin baxışa təyin olunacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 19 nəfərin hər biri barəsindəki hökmlər ləğv olunub. Onlardan 12 nəfərin işi Gəncə Hərbi Məhkəməsinə, yeddi nəfərin işi Tərtər Hərbi Məhkəməsinə qaytarılıb.

12 nəfərin sırasına daxil olan məhkum Emil Əliyevin işi ayrıca araşdırılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930