Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Milli qürurumuzun Zəfəri" adlı möhtəşəm tədbir keçirildi
Tədbirdə məktəb şagirdləri, valideynlər və qonaqlar iştirak edirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin direktoru Mehriban xanım Ələkbərova tədbiri açıq elan etdi. M.Ələkbərova öz çıxışında bildirdi ki, Azərbaycan xalqına bu Qələbə sevincini yaşadan Ali Baş Komandan İlham Əliyev cənablarına ,bir yumruq kimi onun ətrafında birləşən müzəffər ordumuza, mətin,dəyanətli ,igid əsgərlərimizə çox borcluyuq.44 günlük müharibədə Zəfər tarixini yazan qazilərimizə Allahdan şəfa ,öz şirin canlarından keçərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allahdan rəhmətlər söylənildi.Daha sonra söz məktəblilərə verildi. Tədbirdə məktəb xorunun ifasında "Azərbaycanım","Bayrağım" mahnıları ,rəqs ansamblının "Xarı bülbül" kompozisiyası ,"Qarabağım" adlı rəqsləri ,şagirdlərin Qələbəyə,Zəfərə həsr olunmuş bir-birindən maraqlı çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.Tədbir məktəbin 4A sinif şagirdi Əbülfət Həsənovun "Yaşa,mənim xalqım!" mahnısı ilə yekunlaşdi.Sonda tədbir iştirakçıları və qonaqlar xatirə şəkli çəkdirdilər.