bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İki idmançımız beynəlxalq turnirdə qızıl medal qazandı

7-11-2022, 12:32 47 dəfə baxılıb

İki idmançımız beynəlxalq turnirdə qızıl medal qazandı



Azərbaycan millisinin iki bədii gimnastı Litvanın Vilnüs şəhərində keçirilən “Dalia Kutkaite” beynəlxalq turnirində qızıl medal qazanıb.

Oxu.Az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında qızıl medala sahib çıxıb.

Kamilla Seyidzadə lentlə qızıl (24.850 xal), halqa ilə (24.000 xal) gümüş medala yiyələnib.

Leyli Ağazadə isə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib.

Alina Məmmədova həmçinin “Miss ekspressiya” titulu ilə də mükafatlandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031