bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vanqanın 2023-cü il proqnozu...

8-11-2022, 09:00 14 dəfə baxılıb

Vanqanın 2023-cü il proqnozu...



Məlum olduğu kimi, məşhur görücü Vanqa 11 sentyabr hadisələri, İŞİD-in yaranması, Breksit prosesi kimi bir çox hadisələrlə bağlı dəqiq proqnozlar verib.

Publika.az Sfera.az-a istinadən bir çox tarixi hadisələrin proqnozunu verən Vanqanın 2023-cü il haqqında söylədiklərini təqdim edir.

2004-cü ildə Hind okeanında 200 mindən çox insanın həyatını itirdiyi zəlzələ və sunamidən xəbərdar olan Vanqa 2023-cü ildə Avstraliya ilə yanaşı bir çox Asiya ölkələrində də oxşar təbii fəlakətin baş verəcəyini iddia edib.

Koronavirus xəstəliyi ilə mübarizə aparmaq kifayət deyilmiş kimi, Vanqa 2023-cü ildə Sibirdə ölümcül virusun aşkar ediləcəyini bildirib. Buzlaq ərazidə yaranacaq ölümcül virusun qlobal istiləşmə ilə ortaya çıxacağı ifadə edilib.

O, çirklənmə səbəbindən su probleminin yaranacağını da bildirib.

Vanqanın açıqlamalarını şərh edən ekspertlər bir çox şəhərlərdə içməli su qıtlığının olacağını açıqlayıblar.

Bundan əlavə, Oumuamua asteroidi son vaxtlar yenidən gündəmə gəlib. Vanqanın proqnozlarını şərh edənlər bu meteoritin yadplanetlilər tərəfindən göndərildiyini irəli sürüblər.

Bu gün isə NASA rəsmi olaraq Yer planetinə daha böyük və miqyasına görə daha dağıdıcı asteroidin yaxınlaşdığını bildirib.

Hindistanda da qıtlığın olacağı proqnozlaşdırılır. Bildirilib ki, havanın temperaturu 50 dərəcəyədək yüksələcək, çəyirtkə və bu kimi canlılar əkin sahələrinə basqın edərək əkinlərə zərər verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031