2023-cü ildə Azərbaycanın “ərzaq büdcəsi” - RƏQƏMLƏR
"2023-cü ilin dövlət büdcə layihəsində gələn il üçün Azərbaycanda ərzaq təminatının təşkil olunması məsələsinə xüsusi önəm verilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir qeyd edib ki, növbəti ildə bu istiqamət üzrə 1 milyard 202 milyon manat vəsaitin ayrılacağı gözlənilir.
Samir Şərifov bildirib ki, ərzaq təminatı ilə bağlı xərclərin 52%-i ərzaq təhlükəsizliyinə yönəldiləcək.