bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Komitə sədrindən TƏKLİF: “Deputatların ezamiyyət xərcləri artırılsın”

11-11-2022, 14:31 23 dəfə baxılıb

Komitə sədrindən TƏKLİF: “Deputatların ezamiyyət xərcləri artırılsın”



"Milli Məclisin deputatlarının xaricə səfərləri zamanı onların ezamiyyət xərclərinin artırılması məqsədəuyğun olardı”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

Səməd Seyidov Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin sayının artırılmasının vacibliyini də bildirib.

"Biz yeni səfirlikləri hansı ölkələrdə açmalıyıq? Məncə bu siyahıya yenidən baxmaq lazımdır. Hesab edirəm ki, səfirliklərimizin sayı artırılmalıdır”, - deyə Səməd Seyidov əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcə layihəsi müzakirə olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930